Futaloqnkozavr

Futaloqnkozavr
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Futaloqnkozavr
Beynəlxalq elmi adı
  • Futalognkosaurus

Futaloqnkozavr (lat. Futalognkosaurus) — Titanozavr qrupuna daxil olan dinozavr cinsidir. Onun qalıqları 2000-ci ildə Argentinanın Neuken vilayəti ərazisində aşkarlanmışdır. Bu tapıntı 2007-ci ildə müstəqil cins olaraq təstiqlənmişdir. Cinsi adı yerli xalqın Mapudunqun dilindən götürülmüşdür. Mənası "futa" — "nəhəng" və "lognko" — "əsas". Alimlərin qiymətləndirmələrinə görə onlar 32–34 m uzunluğa və 70–80 ton çəkiyə malik idilər. Bu dinozavrın üç nümayəndəsinin skleti aşkarlanmışdır. Ümumilikdə isə bu dinozavrların skletlərinin 70 % tapılmışdır. Futaloqnkozavr 87 milyon il önçə Təbaşir dövrünün sonları yaşamışdır. Dünyada mövcud olan dinozavlar arasında ən irilərindən biri hesab edilir. Qabaritinə görə BreviparopusAmphicoeliasdən geri qalır.

Cins özündə bir növü əhatə edir Futalognkosaurus dukei Calvo, Porfiri, González-Riga, & Kellner, 2007.

Futaloqnkozavrın kəlləsi

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy